Форум WWW.IMPERIA.AZ » Официальные объявления » 8 Noyabr Qələbə günü ! Qarabağ Azərbaycandır!
0
Автор Тема: 8 Noyabr Qələbə günü ! Qarabağ Azərbaycandır!
  0 / -0    написано: 2024-11-08 16:35:19 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Əziz İmperia.az istifadəçiləri bayram münasibətilə Adminstrasiya tərəfindən hər kəsə 1 günlük Gold VİP və Zəfər medalı veriləcək.Gold VİP bu gecə saat 00:00- dən sonra hamı üçün aktiv ediləcək.Hamınıza uğurlar.Bayramınız mübarək.


Əziz İmperia.az istifadəçiləri bayram münasibətilə Adminstrasiya tərəfindən hər kəsə 1 günlük Gold VİP və Zəfər medalı veriləcək.Gold VİP bu gecə saat 00:00- dən sonra hamı üçün aktiv ediləcək.Hamınıza uğurlar.Bayramınız mübarək. ( АВТОР: The Godfather - 08.11.2024-16:35:40 )



  написано: 2024-11-10 00:10:34 

Allah Şəhidlərimizə rəhmət eləsin


  написано: 2024-11-09 21:51:46 

Zəfər bayramınız mübaeək, ALLAH şəhidlərə rəhmət eləsin Amin🤲🤲🤲


  написано: 2024-11-09 09:45:34 

Zəfər bayramınız mübaeək, ALLAH şəgidlərə rəhmət eləsin

  написано: 2024-11-09 02:58:00 

Allah rehmet elesin Sehidlerimize

  написано: 2024-11-09 01:18:29 

Allah Şəhidlərimizə rəhmət eləsin

  написано: 2024-11-08 21:56:46 

Allah Şəhidlərimizə rəhmət eləsin

  написано: 2024-11-08 21:56:22 

Allah şəhidlərimizə rəhmət etsin!

  написано: 2024-11-08 21:39:09 

Allah Şəhidlərimizə Rəhmət Eləsin Məkanları Cənnət Olsun!

  написано: 2024-11-08 20:46:26 

ALLAH ŞƏHİDLƏRİMİZƏ Rəhmət Eləsin. QAZİLƏRİMİZƏ Can sağlığı versin

Zəfər Bayramınız Mübarək

  написано: 2024-11-08 20:19:43 

Allah Şəhidlərimizə rəhmət eləsin

  написано: 2024-11-08 20:00:47 

Uca Yaradandan Şəhidlərimizə rəhmət qazilərimizə can sağlığı Şəhidlərimizin ailələrinə və yaxınlarına baş sağlığı diləyirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ruhun şad olsun Şehidim.

Və özü burda olmayıb ruhu burda olan hər kəsin bayramı mübarək olsun. Bayramınız mübarək Şehidim. Bayramınız mübarək can Azərbaycan...

  написано: 2024-11-08 17:06:28 

Allah shexidlere rehmet elesin.

Bayraminiz mubarek olsun,

Вы не авторизованы