Автор | Тема: Göy Göl Haqqında ətraflı məlumat [Перемещен] | |||
Azərbaycan gözəl mənzərələr məskənidir. Təbiət başı qarlı dağlarını, alp çəmənliklərini, subtropik zonalarını, qızmar günəşi, təmiz dağ havasını, iti axınlı çaylarını, mineral bulaqlarını, dəniz və göllərini buradan əsirgəməmişdir. Kiçik Qafqaz sıra dağlarında yerləşən göllər içərisində Göy-gölə hansı tərəfdən gəlsəniz sizi hər şeydən əvvəl qarşınızdakı təkrarolunmaz gözəl ponorama valeh edər. Göy Göl qoruğu ərazisində 423 növ ağac, kol, dərman bitkiləri var. Bunların 76 növü sırf ağac və koldur. Qalanlar isə çəmən bitkiləridir. Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq kimi heyvanlar var. Bundan başqa ağ baş kərkəz, dağ hinduşqası və tetra kimi nadir quşlar da mövcuddur. Gölün sahili isə meşə ilə örtülmüşdür. Belə görünüş gölün şəffaf suyunda əks olunaraq gözəl bir mənzərə yaradır. Təbiətin bu incisini göylərə yüksəldən dağların uca zirvələri qoruyur. Bu füsunkar göl sanki xəyala dalmış halda öz dərinliklərindən səmaya baxır. Göy-gölün qeyri adi gözəlliyi şairləri və rəssamları yazıb yaratmaqdan yormur. Səməd Vurğun öz şerlərindən birində Göy-Gölü “Göllər şahı” adlandırır. Təbiət burada insana ilin hər bir vaxtında sevinc, ilham, sağlamlıq və gümrahlıq gətirən hər şeyi yaratmışdır. Bunun üçün Göy-gölün isti mülayim dağ havası çox əlverişlidir. Burada orta illik temperatur-7, çöküntünün miqdarı isə 600 mm\\\\dir. Yay axşamlarında gölün sahili sərin, qışda azacıq şaxta olur, ancaq günəş yaydakı kimi parlayır. Göy-gölün havası həmişə təmizdir. Bakı-Tbilisi dəmir yolu, hava xətti və şose yolları kimi Göy-Gölün də yolu Gəncə şəhərindən keçir. Bakıdan Gəncəyə 362 km, Tbilisidən isə 188 km dir. Gəncə-Zaqafqaziyanın ən qədim şəhərlərindən biridir, bəzi məlumatlara görə IV əsrin ortalarında yaradılmışdır. Şəhərin əhalisi X və XII əsrlərdə daha çox artmışdır. Çünki, şəhər yaxın Şərqin elm, ədəbiyyat və incəsənət mərkəzi olmuşdur. Dahi Azərbaycan şairi Şeyx-İlyas İbn Yusif Nizami Gəncəvi XII əsrdə burada anadan olmuşdur. Dünya poeziyasının məşhur xadiminin qəbri də Gəncə şəhərində yerləşir. Gəncə 1804-cü ildə çar I Aleksandırın qadınının şərəfinəYelizavetpol adlandırıldı. 1935-ci ildən isə ona S.M.Kirovun şərəfinə Kirovobad adı verildi. Hal-hazırda Gəncəmiz paytaxt Bakıdan sonra sənaye və mədəniyyət sahəsində respublikanın 2-ci şəhəri hesab olunur. Özünün dadlı Gəncə üzümü olan Təbriz sortu unikal sayılan tərxun və başqa məhsulları ilə fəxr etməyə dəyər. Gəncədən Göy-gölə gedən yolda hazırda inkişaf etməkdə olan Göy-göl şəhəri yerləşir. Yol boyu palıd, cökə, qovaq və s. ağaclar insanın zövqünü oxşayır. Bunların arxasında Qərbə tərəf ucsuz-bucaqsız üzüm bağları yerləşir. Heyiflər olsun ki, onları yavaş-yavaş azaldırlar. Göy-göl Azərbaycanın böyük üzüm və şərabçılıq təsərrüfatlarından biridir. Göy-göldən yuxarı hazırkı Hacıkənd kurortudur. Kurort dağ silsiləsinin şimal-qərbində yerləşir. Burada inqlabdan əvvəl Bakı, Tbilisi və Gəncə varlılarının yaylaqları idi. Onlar ailələri ilə yayda burada dincələrdilər. Sovet hökümətinin ilk illərində bu yaylaqlar dövlətin ixtiyarına verilməklə burada istirahət evləri və mədəni-məişət ocaqları yaradıldı. Hacıkənd respublika əhəmiyyətli birinci dərəcəli kurorta çevrildi. Bədxah ermənilər də, sonralar buralara köçürülüb, firavan həyat sürürdülər. Əfsuslar olsun ki, çörəyimizi yeyib, bizə qarşı çıxdılar. Göy-Gölə gedən yol dərin vadidə yerləşən Çaykənd yaylasından keçir. Buradan Göy-Gölə 10 km-dir, 6 km-dən sonra isə Ağsu keçidinin qalın meşələrində yerləşən gölün füsünkar mənzərəsi açılır. Onun Qərb sahillərində sanatoriyanın monumental daş binası yerləşirdi(?). Burada turist bazaları, qayıq baydarka, idman oyunları üçün meydança və s. başqa sağlamlıq ocaqları mövcud idi. Dağ iqlim kurortu Göy-Göl vətənimizin ən gözəl yerlərindən biridir. Göy-Göldə bir dəfə olan adam cır yarpaqlı meşələri, ağaçları arasında səhiyyə və turist binalarını həmişə xatırlayacaq və onu yaddan çıxarmayacaqlar. Göy-Göl axan göldür buraya su Yuxarı Ağsu çayından tökülür. Ağsu çayı isə qonşu Maral göldən başlayır. Maral gölə tökülən çaylar isə öz mənbəyini Kəpəz (Əlfərah) dağından alır. Göy-Gölün 5 m dərinliyində suyun temperatoru 18-20-dir. Ondan aşağıda isə temperatur kəskin sürətdə dəyişir. Göldə suyun şəffaflığı orta hesabla 9,5 m çatır. Göy-Göl suyunun sarılığı təhlil edilərkən məlum olmuşdur ki, onun suyu qarlı Avropanın və SSRİ-nın dağ göllərinə nisbətən duzludur. Türkiyənin Van gölünə oxşayır. Mən bunu Türkiyədə olarkən seyr etdim və “Əfsanəvi Torpaqlar” kitabında qeyd etmişəm. Lakin, buna baxmayaraq su içməlidir. Suyun əsas xüsusiyyəti üst təbəqədə azot birləşmələrinin olmamasıdır. Suyun 1-də natrium ümumi miqdarı 101, 6 mq, onun şorluğu 0, 82%, çodluğu isə 6,4%-dir. Gölün suyunda çox maraqlı bir hal tətbiq edilmişdir. Bu, suyun 30m-dən başlayaraq dibinə qədər bütün dərinliklərdə natrium və onun əvəzedicisi hidrogen-sulfidin olmamasıdır. Göy-Gölün və oradan axan Aşağı Ağsu çayının suyu kimyəvi tərkibinə görə ionlu hidrokorbonat və sulfat ionlu kalsium qrupuna aiddir. Yüz illər ərzində bol rütubət sayəsində Azərbaycanın bu gözəl güşəsində bitkilər daha da çoxalmışdır. Burada meyvə ağacları alça, armud, alma və vəhşi böyürtkən kolları var. Göldən şimalda gamış sahəsi yerləşir. Göldə qızıl və farel balıqları yaşayır. Göy-gölə qədər uzanan meşələrdə Qafqaz maralı, vəhşi keçi, Sibir Samuru, vəhşi donuz və başqa heyvanlar var. Göy-göl nə vaxt və neçə yaranmışdır? 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göy Göl yaranmışdır. Göy Göl ərazisində ümumilikdə 19 göl var. 7-si isə böyük göllər sırasına daxildir. Göy-göldən bir az aralıda Qaragöl yerləşir. Ərazisi 3 hektara yaxındır. Dərinliyi 16 metrdən 24 metrə qədərdir. Kəpəz dağının dağılmış çınqılları ərazisindədir. Göl bir tərəfindən nadir Eldar şamı meşəsi, digər tərəfdən isə qarışıq enli yarpaqlılarla əhatə olunub. Çöl heyvanlarının ən çox məskunlaşdığı ərazidir. Maral gölün isə eni və uzunu 1 km-ə qədərdir. Dərinliyi 97 metrdir. Su oksigenlə zəngindir və farel balığının saxlanması mümkündür.Digər göl olan Zəli gölün eni bəzi yerlərdə 500 metr, bəzi yerlərdə isə 400 metrdir. Dərinliyi 16 metrdir. Qamışlıqdan ibarətdir. İçməli su kimi istifadə oluna bilməz. Güzgü gölü isə iki hövzədən ibarətdir. I-sahəsi 1 hektardır. Dərinliyi 6-8 metrdir. Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir. Dibində olan bütün daşlar görülür. İçərisinə atılan əşya 5-6 dəfə böyüyür. Onun üçün də bu göl \\\"Güzgü gölü\\\" adlanır. II-meşəliyin arasında olan göl gün işığı düşdüyü zaman parıldayır. Adının \\\"Güzgü gölü\\\" olmasının bir səbəbi də budur. Digər göl Cilli göl isə bataqlıq gölüdür. Bütün otlar suyun altında qaldığına görə Cilli göl adlanır. Həmçinin burada xırda göllərdə mövcuddur. Çoban gölü, Ayı gölü, Bataqlıq gölü. Göy-gölün ərazisində bulaqlardan-Çay kənarında Yeddi bulaq, Göy dağ bulağı, Novruz bulağı, Qızxanım bulağı, Dərzi qaya bulağı, Xatın bulağı, Cınqır dağının bulağı. Coğrafi mövqeyinə görə Göy-gölün əvəzsiz gözəlliyini cəsarətlə SSRİ-in və Qərbi Avropanın məhşur dağ iqlim stansiyaları ilə müqayisə etmək olar. Öz təbii gözəliklərinə görə Göy-göl qoruğu onların arasında birinci yerdə durur. Göy-göldən Kəpəz dağına səyahət olduqca cəlb edicidir. 1926-cı ildə Azərbaycan su təsərrüfatı idarəsi gölün şəklini çəkmiş və suyun keyfiyyətini yoxlamışdır. Onlar istəyirdilər ki, göldən təbii su anbarı kimi istifadə edib kürək çayın suyunu artırsın və pambıq çöllərini, bağları suvarsınlar. 1927-28-ci illərdə gölü daha da dəqiq öyrənilməyə başladılar. Bu dəfə məqsəd suvarma deyil Gəncəni Göy-gölün suyu ilə təhciz etmək idi. Aparılan bu tədqiqat Göy-göl haqqında daha dürüst məlumat verdi. Deyilənlərdən aydın oldu ki, əvvəllər göl əsasən təsərrüfat məqsədi üçün öyrənilirdi. Belə tədbir isə təbiətin müdafiə edilməsi bir araya sığa bilməzdi. Sonralar suvarma və su kəməri məsələsi arxa plana çəkildi və bir neçə on illiklər ərzində Göy-göl iqlim stansiyası kimi məhşurlaşmağa başladı. 1933-cü ildə gölün sahilində kurort və istirahət ocaqları salınmağa başlandı və...?! İndi isə Göy-gölü yay və qış iqlim stansiyasına çevirmək üçün geniş problematik tədbirlər yerinə yetirilməlidir. Yerli su anbarlarından və xüsusilədə Göy-gölün su ilə təchiz olunmasında Kəpəz dağ silsiləsinin böyük rolu vardır. Kəpəz bir neçə kilometrdən yaxşıca görünür və onu Murovdağ silsiləsinin çoxlu zirvələri içərisindən asanlıqla fərqləndirmək olur. Öz görünüşü ilə dağ orta əsr dağlarını xatırladır. Bir sözlə gələrsiz görərsiz! Diqqetinize Gore Minnetdariq 👍 ( АВТОР: HADES - 20.12.2023-23:22:07 ) |
||||