Автор | Тема: Gəncə xanlığı haqqında Ətraflı Məlumat [Перемещен] | |||
Gəncə xanlığı
XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olan Azərbaycan feodal xanlıqlarından biri. Xanlığın tarixi Qacar tayfası olan Ziyadoğlularla bağlıdır. Bu nəslin nümayəndələri Gəncədə bəylərbəyi, daha sonra xan olublar. XVI əsrdə şah I Təhmasib Şahverdi xan Ziyadoğlunu Qarabağ bəylərbəyliyinə əmir təyin edir. Bu dövrdən etibarən Gəncəni bu nəsil idarə etməyə başlayır. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlara – xanlıqlara parçalanır. Uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi də müstəqil xanlığa çevrilir. Xanlığa Şahverdi xan Ziyadoğlu Qacar (1740-1756) başçılıq edir. Xanlığın mərkəzi Gəncə şəhəri seçılır. Gəncə xanlığı Cavad xanın hakimiyyəti illərində (1786-1804) daha da möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə Azərbaycanda ilk dəfə olaraq xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır. XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğal olunması planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə malik Gəncəni ələ keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələlərdəndir. Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də rədd cavabbı alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və Dekabr ayında şəhəri mühasirəyə alır. Gəncə şəhəri ikiqat müdafiə səddi və 6 bürclə möhkəmləndirilmiş qala ilə əhatələnmişdi. Bu Cavad xana bir neçə ay ərzində bu qalaya hücumları dəf etməyə imkan verir. 1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə son hücum başlanır. Hücumda rus əsgərlərindən başqa, Cavad xana düşmən olan Azərbaycan xanlıqlarından yığılmış 700 nəfərdən çox könüllü döyüşçü iştirak edir. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və oğlunun da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox müdafiəçisi də həyatını itirir. İşğaldan sonra Gəncə şəhərinin adı dəyişdirilərək Çar I Aleksandrın arvadı Yelizavetanın şəhərinə Yelizavetpol adlandırılır. |
||||
|